MDB İcraiyyə Komitəsinin Moskva bölməsində MDB-nin iştirakçısı olan dövlətlərin radiasiya vəziyyətinin monitorinq məlumatlarının mübadiləsində MDB-nin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş layihəsinin razılaşdırılması üzrə MDB-nin iştirakçısı olan dövlətlərin ekspert qrupunun videokonfrans formatında iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, iclas iştirakçıları Saziş layihəsinə dair təklifləri müzakirə edib, onlar üzrə razılaşdırılmış mövqe hazırlayıblar.
Saziş bütövlükdə nüvə və radiasiya təhlükəsizliyinin artırılması məqsədilə informasiya mübadiləsi, hərəkətlərin koordinasiyası və birgə tədbirlər vasitəsilə MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində radiasiya vəziyyətinin daimi nəzarətinin təmin edilməsinə yönəlib.
Perspektivdə bu Sazişin razılaşdırılmış layihəsinin müəyyən edilmiş qaydada MDB-nin ali orqanlarına baxılması üçün təqdim edilməsi nəzərdə tutulur.