Gənclərin istehsal müəssisəsinə ekskursiyası təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə bir qrup ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin “Ləzzət Biskvit və Şokolad Fabriki”nə ekskursiyası təşkil edilib. “Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması” layihəsi çərçivəsində həyata keçirilən tədbirdə müəssisə barədə tələbələrə ətraflı məlumat verilib. Sonra tələbələr fabrikin istehsal sahələri ilə tanış olub, laboratoriyaya baxıblar. Burada onlara məhsulların istehsal mərhələləri haqqında ətraflı məlumat verilib.
Ekskursiyaların keçirilməsində məqsəd gənclərin muxtar respublikanın iqtisadiyyatında önəmli rol oynayan sahibkarlıq subyektlərinə, emal və istehsal müəssisələrinə gəzintilərini təşkil etməklə onların istehsalat təcrübəsi ilə yaxından tanışlığını təmin etməkdir.
Qeyd edək ki, layihə 9 ay müddətində keçiriləcək. Hər ay seçilmiş 25 gəncin muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ekskursiyası təşkil olunacaq.
Əbülfəz Dünyamalıyev