I Beynəlxalq Tibbi Forumun iştirakçıları Naxçıvanla tanış olublar - YENİLƏNİB - VİDEO
Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun iştirakçılarının muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli yerlərinə ekskursiyası təşkil olunub.
İştirakçılar “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.
Naxçıvan televiziyasının əməkdaşları qonaqların ekskursiyası ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Orxan Əzimov