Quruculuq tədbirləri Şərurun kəndlərinə müasir görkəm bəxş edir - VİDEO
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi Şərur rayonunda da tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq bölgədə bir-birindən əhəmiyyətli sosialyönümlü obyektlər tikilib istifadəyə verilir, şəhər və kəndlər müasir görkəm alır, yol infrastrukturu yenilənir və bir sıra digər layihələr həyata keçirilir.
Şərur şəhəri ilə yanaşı, rayonun kəndlərində də quruculuq tədbirlərinin əhatə dairəsi genişlənib.
Naxçıvan televiziyasının əməkdaşları Şərur rayonunun kəndlərində aparılan quruculuq tədbirləri ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov