İyunun 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 753 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 352 min 263, ikinci mərhələ üzrə 4 milyon 852 min 231, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 300 min 756, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 137-dir.