Leyla Əliyeva Naxçıvanla bağlı paylaşım edib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün "instagram" səhifəsində tanınmış rejissor və fotoqraf Vahid Həsənovun Naxçıvandan hazırladığı videoçarxı paylaşıb.
Videoçarxda Batabatın və Gurbulaq şəlaləsinin füsunkar təbiəti, bütün gözəllikləri əks olunub. Paylaşım qısa zaman ərzində 44 mindən çox izlənilib, 600-dən çox rəy yazılıb. Leyla Əliyeva videoçarxda həmçinin öz şeirini də səsləndirib.