Şərur rayonu ərazisindəki su mənbələrinin ətrafında dezinfeksiya işləri aparılıb - FOTOLAR

278

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin  əməkdaşları  Arpaçay Su Anbarının və Şərur Şəhər Su Təmizləyicilər Qurğular Kompleksinin ətraflarında dərmanlama, dezinfeksiya işləri aparıblar.   

Həmçinin içməli suların keyfiyyətinin yoxlanılması məqsədilə Şərur Şəhər Su Təmizləyicilər Qurğular Kompleksindən xaric olan sudan nümunələr götürülərək analizlər aparılıb. Analizlərdə  suların pH göstəriciləri, temperaturu, bulanıqlığı, anion, kation və digər elementlərin miqdarı təyin edilib. Analizlərin nəticəsi olaraq sularda çirklənmə hallarına səbəb olacaq qatılıq həddinin normada olduğu və ekoloji tələblərə cavab verdiyi müəyyən edilib.

Dezinfeksiya və monitorinqlər muxtar respublika ərazisindəki digər su anbarlarının ərazisində də davam etdiriləcək.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: