Qədim Sədərək şəhəri - FOTOLAR

317

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2022-ci ilin may-iyun aylarında Sədərək rayonundakı Kültəpə yaşayış yerində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə ABŞ arxeoloji ekspedisiyasının üzvləri tərəfindən aparılan arxeoloji qazıntılar başa çatıb. Qazıntılar zamanı e. ə. I minilliyin əvvəlində inşa olunan qədim şəhərin daş döşəməli iki küçəsi və böyük ictimai binanın qalıqları aşkar olunub. Urartu və Yeni Assur dövlətinin formalaşdığı bir dövrdə (e. ə. 911-891) salınan bu şəhər Urartuya müqavimət göstərən Etiuni dövlətinin mərkəzi şəhərlərindən biri olub. Şərur rayonunda Xələc, Şortəpə, Kəngərli rayonunda Şahtaxtı və Qalacıq kimi yaşayış yerləri bu tayfaların böyük birliklərdən ibarət olduğunu təsdiq edir. Bu yaşayış yerlərinin düzənlikdə yerləşməsi onların mühüm iqtisadi mərkəzlər olduğunu və dinc həyat keçirdiyini göstərir. Əkinçilik və köçmə maldarlıqla məşğul olan bu tayfalar. e. ə. IX əsrin sonu - VIII əsrin əvvəllərində yadellilərə qarşı mübarizə üçün Sədərəkqala, Oğlanqala, Qarasuqala, Qızqala və digər müdafiə istehkamlarını yaradıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: