Naxçıvanda “Avropa Günləri” keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, tədbirə həsr olunan mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Azərbaycanda akkreditə olunmuş Aİ ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələrinin bu iki gün ərzində Naxçıvan məktəblərində, universitetlərində bir sıra təqdimatlar keçirəcəklərini, təmsil etdikləri ölkələr barədə məlumat verəcəklərini bildirib.

Həmçinin Naxçıvanda “Avropa Günləri”nin çərçivəsində biznes forum keçiriləcək və burada Aİ-nin Azərbaycanda həyata keçirilmiş layihələri təqdim ediləcək.

Sentyabrın 23-də Aİ ölkələrinin hər birinin açdığı stendlə ölkəsinin ənənələri, adətləri və mədəniyyəti barədə məlumat verəcəyi Avropa şəhərciyinə (Euro Village) Naxçıvan sakinləri və şəhərin qonaqları baş çəkə biləcəklər. Səfirin sözlərinə görə, Aİ nümayəndə heyəti ilk dəfə belə miqyasda - 17 səfirliyin iştirakı ilə tədbir təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: