Peşəkar oftalmoloq xəstələri müayinə edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Aidə Məmmədova Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə xəstələri tibbi müayinədən keçirib.
Yüksək ixtisaslı mütəxəssis tərəfindən görmə orqanının bütün növ xəstəlikləri - gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Gün ərzində 39 nəfər müayinədən keçirilib, cərrahi müdaxiləyə ehtiyacı olan 3 nəfər əməliyyat üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunub. Göstərilən xidmətlərdən daha çox uşaqlar və ahıllar istifadə ediblər.
Qeyd edək ki, bu ilin ötən dövrü ərzində mərkəzin həkimləri tərəfindən muxtar respublikanın 2 mindən artıq sakininin müayinəsi aparılıb, 150 nəfər əməliyyat olunub, pasiyentlərə tibbi məsləhət və tövsiyələr verilib.
Azər Fərzəliyev