Avropalı qonaqlar məktəblilərlə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Avropa Günləri” ilə əlaqədar muxtar respublikaya gələn Avropa ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələr Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində olub, şagirdlərlə görüşüblər. Görüş zamanı diplomatlar Avropa İttifaqının fəaliyyəti və öz ölkələri haqqında şagirdlərə ətraflı məlumat veriblər. Elektron lövhələrdə təqdimatlar olub. Həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi ilə bağlı şagirdlərə bukletlər də paylanılıb.
Sonra qonaqlar ümumtəhsil məktəblərinin şəraiti və tədris prosesi ilə tanış olub, şagirdlərlə xatirə şəkli çəkdiriblər.
Cavid Səfərli