İyunun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 762 min 91, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 353 min 536, ikinci mərhələ üzrə 4 milyon 853 min 215, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 306 min 428, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 912-dir.