Azərbaycana payız gəldi...

A- A A+

Azərbaycana payız fəsli qədəm qoyub.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 23-də yerli vaxtla saat 05:54-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də yerli vaxtla saat 05:22-də gələcək.

Xatırladaq ki, sinoptiklər payızın ilk günü üçün yağıntılı hava şəraiti proqnozlaşdırırlar. Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal edilir. Havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə enəcək.

Necə deyərlər, məşhur mahnıdakı sözlər yerini tutmağa başlayır:

Payız gəldi, uçdu getdi quşlar,

Sən də getdin, bax yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı sənsiz...

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: