NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon Məşğulluq Mərkəzində həyata keçirilən məşğulluq tədbirləri 2018-ci ilin ötən dövründə də diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin ilk səkkiz ayı ərzində rayon üzrə 190 işaxtaran vətəndaş qeydə alınıb. Bu günədək 185 nəfər işlə təmin olunub ki, onlardan 50 nəfəri qadınlar olub. İşlə təmin olunan vətəndaşlardan 48-i 16-29 yaş arası gənc, o cümlədən 8 nəfərini ali təhsilli, 5 nəfərini orta ixtisas təhsilli, 161 nəfərini orta təhsilli vətəndaşlar, 11 nəfərini isə peşə ixtisası məktəblərinin məzunları təşkil edib. Eyni zamanda işlə təmin olunan peşə ixtisası məzunlarından 8 nəfəri qadınlar olub. Bundan əlavə, qeyd olunan dövrdə 1 nəfər ictimai işə cəlb olunub, 15 nəfər isə peşə təlimi kurslarına göndərilib. Onlardan 7 nəfərini 16-29 yaş arası gənclər, o cümlədən 4 nəfərini qadınlar təşkil edib. Peşə təlimi kursunu bitirən məzunların da işlə təmin olunması diqqət mərkəzində saxlanılıb. Məzunlardan 9 nəfəri işlə təmin edilib.
“Yeni həyat” qəzeti
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.