Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində maarifləndirici tədbirlər davam etdirilir

A- A A+

Muxtar respublikamızda əmək münasibətlərinin şəffaflığına, həmçinin qeyri-formal məşğulluğun qarşısının alınmasına operativ nəzarət təmin edilir.  2018-ci ildən etibarən tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemindən işəgötürənlər hazırda geniş şəkildə istifadə edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, sistemin tətbiqi ilə bağlı mütəmadi olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin məsul nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir, həmçinin onlara metodiki köməkliklər göstərilir. Əmək münasibətlərinin elektron rəsmiləşdirilməsi zamanı yaranmış suallar “255” qaynar xətti vasitəsilə operativ cavablandırılır. İyun ayının 1-dən etibarən, sözügedən elektron informasiya sisteminin bazasında “Əmək münasibətləri və məşğulluq” AltSistemi (ƏMAS) fəaliyyətə başlayıb.  

Yeni sistemin istifadəsinə dair maarifləndirmə işinin təşkili məqsədilə, növbəti tədbir Naxçıvan şəhərində baş tutub. Nazirlik əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən işəgötürən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda elektron sistemin (emas.sosial.gov.az) istifadəsi üzrə yeni şərtlər barədə iştirakçılara zəruri məlumatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və mövzuya dair suallar cavablandırılıb. 

Qeyd edək ki, bu istiqamətdə maarifləndirici görüşlər muxtar respublikanın digər şəhər və rayonlarında da təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: