Naxçıvanda səyyari bitkiçilik və baytarlıq apteki yaradılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Yuxarı Uzunoba kəndində mülkiyyətçilərlə görüşdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığı ilə akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyi tərəfindən səyyari aptekin fəaliyyət göstərməsi üçün yeni  avtomaşın alınıb və lazımi avadanlıqlarla təmin olunub.

Tədbirdə səyyari bitkiçilik və baytarlıq apteki barədə məlumat verilib. Bildirilib ki, sahibkarlar heyvandarlıq təsərrüfatlarında və əkin sahələrində məhsuldarlığın artırılması, xəstəliklərə qarşı mübarizə tədbirləri məqsədilə bütün lazımi preparatları yerində və daha optimal müddətdə əldə edə biləcək, artıq xərclərə yol verilməyəcək. Həmçinin yeni səyyari aptekin mülkiyyətçilərin vaxta qənaət etməsi, dərmanların yerlərdə mülkiyyətçilərə çatdırılması, əkin sahəsində, yaylaqlarda, fermalarda dərmanların satılması zamanı mütəxəssislərlə mülkiyyətçilərin birbaşa təması, verilən məsləhətlərin və praktiki icra olunan işlərin gələcəkdə məhsuldarlığın artması baxımından üstünlükləri diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb. 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: