DMX ölkəmizdə müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

A- A A+

Dövlət Miqrasiya Xidməti ölkəmizdə müvəqqəti və daimi yaşama icazəsi alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunvericilikdə müəyyənləşdirilmiş qaydada dəyişdirməlidir.

Həmin müddət ərzində sürücülük vəsiqəsini dəyişdirməyən şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: