Gənc ədliyyə qulluqçularının andiçmə mərasimi keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra və probasiya qurumlarında vakant icra məmuru, eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində vakant ekspert vəzifəsi üzrə vəzifələrin tutulması üçün  elan edilmiş müsabiqədə uğur qazanan namizədlər ədliyyə orqanlarına qulluğa qəbul ediliblər.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyunun 30-da həmin namizədlərin andiçmə mərasimi keçirilib. Mərasimdə təyinat alan əməkdaşların əmrləri elan olunub, gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib və andın mətnini imzalayıblar.

Yeni işə qəbul olunan gənclər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ədliyyə qulluqçularının andına sadiq qalacaqlarını, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Təyinat alan əməkdaşlar gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, göstərilən qayğının müqabilində səylə çalışaraq muxtar respublikamızın inkişaf və tərəqqisinə pay sahibi olacaqlarına söz veriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: