Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaxın qohumunu Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək adı ilə aldadaraq xeyli miqdarda pul mənimsəyən Naxçıvan şəhər sakini saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında xidmət əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Alməmmədov Hüseyn Kamran oğlu saxlanılıb. Məlum olub ki, həmin şəxs bu ilin mart ayında qohumluq əlaqəsi olan İbrahim İbrahimlini Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək adı ilə aldadaraq atası Yalçın Əliyevdən 9 min manat pul alaraq mənimsəyib. 

Hüseyn Alməmmədov tutduğu əməldən peşiman olduğunu bildirib. Hazırda onun barəsində araşdırma tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əhaliyə müraciət edərək bildirir ki, Hüseyn Alməmmədovun əməllərindən zərərçəkən digər vətəndaşlar da xidmətə mürəciət etsinlər. Qeyd edək ki, muxtar respublikada işə düzəlmək qaydaları qanunvericiliyə uyğun olaraq şəffaf və imtahan yolu ilə həyata keçirilir. Ona görə də belə dələduzlara aldanmayın.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: