Dezinfeksiya işləri davam etdirilir - FOTOLAR

A- A A+

Ötən gündən başlayaraq muxtar respublikanın bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun tibbi-profilaktik tədbirlərə başlanılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün ümumilikdə muxtar respublikada 1 milyon 992 min kvadratmetrdən artıq sahə dərmanlanıb.

Genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində bazarlar və böyük ticarət mərkəzləri, mədəniyyət müəssisələri, turistik yerlər, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dərmanlanır. Bu gün də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında insanların intensiv istifadə etdikləri yerlərdə tibbi-profilaktik tədbirlər aparılıb.

Səhər saatlarından etibarən Naxçıvan şəhərinin avtomobil yolları dərmanlanıb. Xüsusi təyinatlı avtomobillərlə şəhərin Əliqulu Qəmküsar küçəsi, Əlincə, Atabəylər, Babək məhəllələri dezinfeksiya edilib.

Şəxsi heyətin iştirakı ilə isə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin, Dövlət Vergi Xidmətinin, ictimai yaşayış binalarının girişləri, zirzəmisi və ətrafı, eləcə də insanların sıx toplaşdığı digər ərazilər xüsusi məhlullarla dərmanlanıb. 
Bu gün həmçinin Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında dezinfeksiya tədbirləri icra edilib. Dərmanlama işləri avtomobil yollarında, kənd və xidmət mərkəzlərində, bazarlarda, mərasim evlərində, məscidlərdə, muzeylərdə, idarə və təşkilatlarda, qəbiristanlıqlarda, yaşayış binalarında və digər yerlərdə aparılıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: