Şahbuzda hərbçilərə 6 tona yaxın meyvə sovqatı verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada dövlət-xalq-ordu birliyi yüksək səviyyədədir. Buna ənənə halına çevrilən hərbçilərimizlə görüşlər də əyani sübutdur. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əsgər və zabitlərlə növbəti görüş Şahbuz rayonunda olub, hərbçilərə meyvə sovqatı təqdim edilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşlarının əsgər və zabit heyəti ilə görüşündə vurğulanıb ki, muxtar respublikada, o cümlədən Şahbuz rayonununda yeni yaşıllıq sahələrinin salınması, mövcud sahələrə qulluq göstərilməsi nəticəsində meyvə bağlarından mövsümi bol məhsul tədarük edilib. Bağlardan yığılan məhsullardan sovqat kimi hərbçilərimizə gətirilməsi isə ordu ilə xalqın daim sıx əlaqədə olduğundan, güclü ordumuza mənəvi dəstəkdən xəbər verir. İcra Hakimiyyətinin kollektivi əsgər və zabitlərə, vətənə layiqli xidmət edən hərbçilərimizə bu şərəfli işlərində uğurlar arzulayıblar.     

Əsgər və zabitlər nəcib təşəbbüsə görə şəxsi heyət adından minnətdarlıq ediblər.

Sonra bağlardan tədarük edilən 6 tona yaxın alma, ərik, alça və gilənar hərbi hissəyə təhvil verilib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: