"Badamlı 75" lotereyasının 2-ci tirajının qaliblərinə hədiyyələr təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75” tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin ikinci tirajının qalibləri 26 iyun 2022-ci il tarixində müəyyən olunub.

“Badamlı”nın rəsmi "Facebook", “YouTube” və "Instagram" səhifələrində canlı yayımlanan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 23 kod, yəni 23 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.

Belə ki, ikinci tirajda lotereya iştirakçıları 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq, və 3 ədəd elektrikli skuter qazanıblar.

Qalib kodların sahibləri Bakı şəhəri, Tərtər rayonu və Naxçıvan MR-in Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Culfa, Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar. Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirkət əməkdaşları lotereyada çox sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə Badamlının Bakıda və Naxçıvanda yerləşən ofislərində 30 iyun 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər "Badamlı" sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.

Siz də 2022-ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.

Qeyd edək ki, hər ay keçiriləcək "Badamlı" stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır.  Siz də “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kod vasitəsilə 75il.badamlı.az saytında, həmçinin (055) 575-19-47 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ əldə edə bilərsiniz. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.

Xatırladaq ki, 2022-ci il 31 iyul tarixində keçiriləcək stimullaşdırıcı lotereyanın üçüncü tirajını "Badamlı”nın "İnstagram" @badamli1947 hesabından, "Facebook" və "YouTube" kanalı üzərindən canlı izləyə bilərsiniz.

Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.

Qeyd edək ki, hər ay keçiriləcək lotereyada ümumilikdə 226 uduş oynanılır.

75 ədəd – iPhone 13

75 ədəd – Samsung Galaxy S21

25 ədəd – HP Notbuk

25 ədəd – SEGWAY: Elektrikli Skuter

25 ədəd – JBL T510BT qulaqlıq

1 ədəd – BESTUNE T99 minik avtomobili

Daha çox Badamlı, daha çox şans!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: