Bu il muxtar respublikada 1348 hektar sahədə qarğıdalı əkini həyata keçirilib - VİDEO

A- A A+

Kənd təsərrüfatında gəlirli sahə olan və iqtisadi səmərəliliyi ilə seçilən qarğıdalı əkininə muxtar respublikanın təsərrüfat adamları tərəfindən maraq getdikcə artır. Bunu bu ilin yaz əkininə nəzər saldıqda da görmək mümkündür. Belə ki, bu il 1348 hektar sahədə qarğıdalı əkini həyata keçirilib. Buna səbəb isə hazırda inşası davam etdirilən Şərur Sənaye Məhəlləsində digər sahələrlə yanaşı, bitki yağı istehsalının da nəzərdə tutulmasıdır. Bu isə təsərrüfatçıların həmin sahələrdə əkinləri genişləndirməsini və bununla da yaxşı gəlir götürməsini şərtləndirir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: