Fiziki aktivlik bədəni depressiya, qorxu və stressdən qoruyur

A- A A+

Fiziki aktivlik - enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkət qeyri-infeksion xəstəliklərin yaranma riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir.

NUHÇIXAN İnformasiya Agentliyi Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, fiziki aktivlik bədəni daha enerjili edir, depressiya, qorxu və stressdən qoruyur.

Aktiv həyat tərzi ömrü uzadır, daha sağlam və xoşbəxt yaşamağı təmin edir. Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi bir çox xəstəliyin profilaktikasında və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: