Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub

A- A A+

Ukraynanın Donetsk vilayətinin Svyatoqorsk rayonu ərazisində azərbaycanlı ailə raket zərbələri nəticəsində evləri ilə birlikdə yanaraq külə dönüb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ukrayna vətəndaşı olan Rzayev Eldar Hacı oğlunun evi Rusiya Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalıb.

Hadisə nəticəsində ev tamamilə yanıb, evdə olan azərbaycanlı həyat yoldaşı ilə birgə yanaraq həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: