İyun ayında istedadlı qadınların 5044 manat dəyərində 673 əl işi satılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ötən ay muxtar respublikanın turistik mərkəzlərində istedadlı qadınların əl işlərindən ibarət 7 dəfə səyyar sərgi-satış təşkil edilib. Komitə tərəfindən müvafiq dövr ərzində “Nuh diyarı-Naxçıvan” infoturunun iştirakçıları üçün Ağbulaq İstirahət Mərkəzində qadınların əl işlərindən ibarət sərgi təşkil olunub. Ümumilikdə özünüməşğulluğu təmin edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə festivalı”ndasəyyar sərgi-satışlarda 79 istedadlı qadının 5044 manat dəyərində 673 əl işi satılaraq dəyəri sahiblərinə təqdim olunub.

Həmçinin ötən ay İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində muxtar respublikanın rayonlarındakı xüsusi qayğıya ehtiyacı olan 70 qadının iştirakı ilə “Gələcəyini planlaşdır” və “Sahibkar ol” təlimləri keçirilib, hər bir qadın fəaliyyət istiqamətlərinə görə biznes planı hazırlanıb. Sonda təlim iştirakçılarına Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: