Ötən ay 652 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb

A- A A+

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən iyun ayında da diqqətdə saxlanılıb.

Qurumun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ötən ay 652 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, 400 texniki sənəd hazırlanıb, 33 daşınmaz əmlak obyektinə ünvan verilib. 78 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə ay ərzində Şərur rayonunun Alışar və Həmzəli, Şahbuz rayonunun Şahbuzkənd və Külüs kəndlərinin, Kəngərli rayonunun bütün yaşayış məntəqələrinin ərazisində torpaqdan istifadə sahəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Şərur, Şahbuz şəhərlərinin və Şahbuz rayonunun Keçili kəndinin ərazisində monitorinqlər davam etdirilib. Torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi məqsədilə Şərur rayonunun Kürçülü, Kürkənd, Maxta və Qorçulu kəndlərində dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı sahələri, nəqliyyat, kommunikasiya xətləri, kanal və kollektorlar, mövcud meşə və meşə zolaqlarının əhatə etdiyi ərazilər müəyyənləşdirilib və rəqəmsal kadastr xəritəsinə daxil edilib.

Ay ərzində 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: