“Naxçıvan: ilkin şəhər və Duzdağ” adlı beynəlxalq konfrans keçiriləcək - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, bölmədə 2019-cu ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda beynəlxaq konfrans keçiriləcək. Bu barədə AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev məlumat verib. Akademik bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Duz Muzeyinin açılış mərasimində çıxışından irəli gələn vəzifələrdən danışarkən qeyd edib. Alim Naxçıvan şəhərinin yaranmasına bilavasitə təsir göstərən Duzdağla bağlı fundamental tədqiqatların aparılmasının vacibliyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: