Günəşdən qoruyucu kremlər dəri sağlamlığını qoruyur

A- A A+

Son illərdə dəri xərçənginin artmasının əsas səbəblərindən biri günəş şüalarına həddindən çox məruz qalmaqdır. Mütəxəssislər bu səbəbdən günəşdən qoruyucu kremlərdən istifadəni vacib hesab edir.

NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla bildirir ki, günəş kremlərindən istifadə edərək dərini zərərli ultrabənövşəyi işıqlardan qorumaq mümkündür. Eyni zamanda günəş kremlərinin tərkibində olan bol miqdarda nəmləndirici dərinin qidalanmasını təmin edir.

Yay aylarında daha çox istifadə edilən günəş kremi məhsullarının tərkibində olan maddələrə diqqət etmək vacibdir, çünki kremdəki kimyəvi maddələr bəzən dəriyə zərər verə bilər. Əgər hansısa bitkiyə qarşı allergiyanız varsa bu dəri üçün təhlükəlidir.

Tədqiqatçılara görə, günəş kremləri dəri sağlamlığını qoruyur. Mütəmadi olaraq günəş kremindən istifadə edənlərin dəri hüceyrələri daha gec yaşlanır. Tərkibində A və B vitaminləri olan günəş kremləri daha məqsədə uyğundur. Günəş kremləri vasitəsilə günəş yanıqlarından da xilas olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: