2022-ci ildə dünyada 40 milyon insan aclıqla üzləşə bilər - FAO

A- A A+

Dünyada təxminən 40 milyon insan Ukraynadakı vəziyyətə görə qida çatışmazlığı problemi ilə üzləşəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.

"Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Ukraynadakı vəziyyətin təsirlərini proqnozlaşdırsaq, 2022-ci ildə xroniki qidalanma ilə üzləşəcək daha 40 milyon insan deməkdir", - deyə M.Torero bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə aclıq problemi ilə 70 milyondan çox insan üzləşə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: