Naxçıvan şəhərində və ətraf ərazilərdə profilaktik dezinfeksiya işləri aparılıb - FOTOLAR
Muxtar respublikamızda yaşayış məntəqələrinin sanitar-gigiyenik təmizliyi və əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır. Xüsusilə yay aylarında əhali arasında yarana biləcək kəskin bağırsaq infeksiyaları və digər bakteroloji xəstəliklərin qarşısının alnması məqsədilə Naxçıvan şəhərində də mütəmadi laborator yoxlamalar və dezinfeksiya işləri aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin Naxçıvan şəhər Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərinin yaxınlığında yerləşən sahibsiz itlərin saxlanma sığınacağında və sığınacağın ətrafında təmizlik işləri aparılıb, ərazi xüsusi məhlulla dezinfeksiya olunub.
Həmçinin Naxçıvan şəhərindəki məişət tulantıları qutularının yerləşdiyi ərazilərdə, Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksində və Sanitar Təmizlik İdarəsinin texnika parkında dezinfeksiya işləri aparılıb.
Xosrov İbrahimov