İyunun üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-3º yüksək olması ilə səciyyələnib
Respublikanın əksər bölgələrində iyunun üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 2-3º C yüksək olması və nisbətən yağıntılı hava şəraiti ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 25.2º, Naxçıvanda 25.5º, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 26-28º, Lənkəran-Astarada 26-28 º, Gəncə-Daşkəsəndə 25-26º, Dağlıq Şirvan bölgəsində 23-24º, Şəki-Zaqatalada 24-25º, Qubada 22.7º, Qazax-Tovuzda 17-24º təşkil edib.
Havanın minimum temperaturu Gədəbəydə 10º, Naxçıvan və Acınohurda 14º, Dağlıq Şirvanda 15-17º, Şəki, Zaqatala, Gəncə və Ceyrançöldə 17º, Maştağa, Cəfərxan, Zərdab, Bərdə, Lənkəran və Qubada 19º, Astarada 21º qeydə alınıb.