Naxçıvanda qurbanların kəsilməsi üçün nümunəvi yerlər yaradılıb - FOTOLAR

A- A A+

Qurban bayramı hər il Naxçıvanda həmrəylik və mərhəmətin təntənəsinə çevrilir, qurbanlar kəsilir, paylanılır. Qurbanların kəsilməsi üçün bu il də əlverişli yerlər yaradılıb və bununla bağlı sakinlərə nümunəvi xidmət göstəriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda, Cahan Ticarət Mərkəzində, Babək rayonunda yerləşən Ət və Ət Məhsulları Kompleksində və Nehrəm qəsəbəsindəki ət satışı mağazasında ət kəsim məntəqələri fəaliyyət göstərəcək. Qiymətlərə gəldikdə isə Ət və Ət Məhsulları Kompleksində xırdabuynuzlu heyvanların kəsilib soyulması 10 manat, kəsilib, soyulub və doğranması 25 manat,  iribuynuzlu heyvanların kəsilib soyulması 20 manat, kəsilib, soyulub və doğranması isə 100 manat olacaq. Qurban Bayramı ilə əlaqədar olaraq Naxçıvan şəhərində 20, Şərurda 19, Babəkdə 6, Ordubadda 12, Culfada 13, Kəngərlidə 5, Şahbuzda 2 və Sədərək rayonunda isə 6 olmaqla, ümumilikdə 83 ət satışı məntəqələri fəaliyyət göstərəcək. Qurban ətinin qiyməti isə 9-12 manat arasında dəyişir. Dana ətinin 1 kiloqramı 11-12, inək əti 9-10, quzu əti 12, qoyun əti 10, keçi əti 10-11, çəpiş əti isə 11-12 manata satılacaq.  

Uca Allah dua və ibadətlərinizi, kəsdiyiniz qurbanları qəbul etsin, Qurban bayramınız mübarək olsun!

                                                                                                          Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: