İyulun 8-də Azərbaycanda COVID-19 əleyhinə 1576 doza vaksin vurulub

A- A A+

İyulun 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1576 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 386, ikinci doza vaksinlərin sayı 162, üç və daha çox doza vaksinlərin sayı 875, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 153-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 780 min 77, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 359 min 89, ikinci mərhələ üzrə 4 milyon 855 min 179, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 315 min 473, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 250 min 336-dır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: