Şərur rayonunda əmək yarmarkası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, işaxtaranlarla yanaşı hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi yarmarkaya ümumilikdə 50 müəssisədən 226 boş iş yeri təqdim edilib. Nəticədə, 37 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 21 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası iyul ayının 15-də Babək rayonunda keçiriləcəkdir.