Sosial qayğıya ehtiyacı olanlar Naxçıvanda müalicə alır - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan şəxslərin müalicə və istirahətlərinin təşkili istiqamətində aparılan ardıcıl tədbirlər ölkəmizin digər regionlarından olan şəxsləri də əhatə edir. Bu məqsədlə sözügedən kateqoriyadan olan şəxslərin muxtar respublikada müalicəsi təşkil olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı kimi, ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxs və şəhid ailələrinin üzvləri  muxtar respublikaya gəliblər. Onlar Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Həmçinin qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanları ilə də tanış olublar. Ekskursiya çərçivəsində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi ziyarət edilib. Naxçıvan şəhərindəki “Sahil parkı” İstirahət Mərkəzində qonaqlar üçün çay süfrəsi də təşkil olunub.

Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, onlar göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, qonaqların muxtar respublikada gəzintisi davam etdirilir. Belə tədbirlər isə il ərzində davam etdiriləcək.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: