Naxçıvan şəhərində daha bir “Gənclər şəhərciyi” salınır - VİDEO
Muxtar respublikada həyata keçirilən dövlət-gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni yaşayış kompleksi – daha bir “Gənclər şəhərciyi”nin inşası davam etdirilir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Hafizə Əliyeva