Altı ay ərzində Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 20 zəlzələ qeydə alınıb

A- A A+

Bu ilin altı ayı ərzində Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 5 min 747 yeraltı təkan qeydə alınıb. Onlardan 1802-si yerli - Azərbaycan ərazisi, 1617-si regional və 1627-si isə uzaq zəlzələlərdir. Həmçinin bu ilin altı ayı ərzində 701 partlayış baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclasında məlumat verilib.

Bildirilib ki, ilin birinci yarısında Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 20 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə isə yeddi hiss olunan zəlzələ baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: