Babək rayonunda əmək yarmarkası keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi bu əmək yarmarkasında işaxtaranlara ümumilikdə 62 müəssisədən 244 boş iş yeri təqdim edilib. Nəticədə, 37 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin özünüməşğulluq proqramına, 7 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Əlavə edək ki, növbəti əmək yarmarkası iyul ayının 18-də Naxçıvan şəhərində təşkil ediləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: