Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, işaxtaranlara ümumilikdə 70 müəssisədən 260 boş iş yeri təqdim edilən yarmarkada hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də iştirak edib. Nəticədə, 30 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 4 nəfərin özünüməşğulluq proqramına, 8 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası sabah Şahbuz rayonunda təşkil ediləcəkdir.