Çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad və Culfa rayon şöbələrində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması  mərasimi keçirilib.

Mərasimlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, muxtar respublikada bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib, hərbi qulluqçular üçün hərtərəfli şərait yaradılıb. Qeyd olunub ki, xalqımız şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin fəxarətini yaşayır. Ərazi bütövlüyümüz xalq-ordu birliyi, Ali Baş Komandan İlham Əliyevin iradəsi naticəsində bərpa olundu. İntizamlı vətən müdafiəçisi olmaq üçün hər bir gənc çağırışçı üzərinə düşən vəzifələri düzgün yerinə yetirməli, silah və texnikanın sirlərinə dərindən yiyələnməli, fiziki və mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmalıdır.

Çıxış edənlər çağırışçılara uğurlar arzulayıblar, onlara tövsiyələrini veriblər.

Çağırışçılar adından çıxış edənlər isə vətənə xidmətin onlar üçün ən ali borc olduğunu bildirib, hərbi xidmətlərini şərəflə yerinə yetirəcəklərinə söz veriblər.

Qeyd edək ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: