Sərhəd Zastavasına 2 ton kartof sovqatı verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun torpaq mülkiyyətçiləri tərəfindən rayon ərazisindəki  Sərhəd Zastavasına 2 ton kartof sovqat verilib.

Keçirilən görüşdə bildirilib ki, bu gün ölkəmizdə, o cümlədən onun Naxçıvan Muxtar Respublikasında ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-xalq-ordu birliyinin nəticəsidir ki, əlamətdar günlər, bayramlar əsgərlərimizlə birgə qeyd edilir. Həmçinin mövsümə uyğun olaraq meyvə-tərəvəz məhsulları hərbi hissələrə təhvil verilir. Şərur rayonunun torpaq mülkiyyətçiləri də bu nəcib təşəbbüsə qoşulurlar. 

Hərbi hissənin əsgəri Qəhrəman Gülağazadə gətirilən sovqata və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq edib. Sonra 2 ton kartof sovqatı hərbi hissəyə təhvil verilib.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: