Ahıllar evinin sakinləri ilə görüş olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının kollektivi Şahbuz şəhərindəki Ahıllar evində olub, sakinlərlə görüşüb.
Görüşdə bildirilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ahıllara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib, onların sağlam yaşayışı, maddi və mənəvi tələbatının ödənilməsi üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb.
“Cahan Holdinq” həyata keçirdiyi uğurlu iqtisadi layihələrlə yanaşı sosialyönümlü tədbirlərə də həssaslıqla yanaşır. Bu mənada, holdinq tərəfindən mütəmadi olaraq Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüşlər keçirilir.
Sonra gətirilən qış geyimləri və hədiyyələr sakinlərə təqdim olunub.
Novruz Məmmədov