Əmək yarmarkalarında işaxtaranlara 280 müəssisədən 1291 boş iş yeri təqdim edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şahbuzda keçirilən əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 24 müəssisədən 118 boş iş yeri təqdim edilib. Nəticədə, 17 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 6 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 4 nəfər qeydiyyata alınıb.

Ümumilikdə isə Naxçıvan Muxtar Respublikasında iyul ayı ərzində keçirilən əmək yarmarkalarında işaxtaranlara 280 müəssisədən 1291 boş iş yeri təqdim edilib. Bu tədbirlərdə 210 nəfər müvafiq vakansiyalar üzrə işə göndərilib, 72 nəfərin özünüməşğulluq proqramına, 37 nəfərin isə peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: