Təsərrüfatçı Kəngərlidəki hərbi hissəyə 10 ton kartof sovqatı göndərib - FOTOLAR

A- A A+

Muxtar respublikada hərbi hissələrə sovqatların aparılması ənənəsinə qoşulanların sayı artmaqdadır. Artıq müxtəlif təsərrüfat sahibləri də bu təşəbbüsə qoşularaq hərbi hissələrə öz təsərrüfatlarından meyvə-tərəvəz sovqatı verirlər.

Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında dövlət-xalq-ordu birliyi daha da möhkəmləndirilir. Mövsümə uyğun olaraq meyvə-tərəvəz məhsulları yığılıb hərbi hissələrə təhvil verilir. Toplanılan məhsullardan sovqat kimi hərbçilərə verilməsi xalqımızın orduya olan mənəvi dəstəyinin parlaq təzahürüdür. Şərur rayon Sərxanlı kənd sakini Vəli Zamanov da Kəngərli rayonunda yerləşən hərbi hissəyə 10 ton kartof sovqatı göndərərək bu nəcib təşəbbüsə qoşulub.

 

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: