Acarıstandan gələn qonaqlarla görüş keçirilib - VİDEO

A- A A+

Gürcüstanın Acarıstan Muxtar Respublikasından bir qrup uşaq və onların valideynləri iyulun 5-dən xüsusi proqram çərçivəsində muxtar respublikamızdakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə alırlar. Xəstəliklərə qarşı mərkəzdə müayinə və müalicəyə cəlb olunan acarıstanlı qonaqlar qısa zamanda müalicələri ilə bağlı yaxşı nəticələr əldə ediblər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sabah Acarıstana yola salınacaq qonaqlarla bu gün səmimi görüş keçirilib.   

Naxçıvan şəhərindəki “Saat meydanı” Turistik İstirahət Mərkəzində yerləşən “Batumi” restoranında təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov Azərbaycan və Gürcüstan respublikaları arasındakı qədim dostluq, qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb. Çay süfrəsi arxasında təşkil olunan görüş zamanı bildirilib ki, Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivlərinə uyğun olaraq uşaqların müalicəsinə aid proqramların həyata keçirilməsi, həmçinin müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasındakı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər edən zaman muxtar respublikanın hökumət rəhbəri ilə görüşdə də vurğulanıb ki, hər iki ölkə arasındakı əməkdaşlığa uyğun olaraq 2012-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında hərtərəfli əməkdaşlıq əlaqələri qurulub. İki dost muxtar respublika arasındakı əlaqələrin hazırkı səviyyəsi onu deməyə əsas verir ki, qardaşlıq münasibətləri hər iki tərəfdən qarşılıqlı səylərlə daha da dərinləşib.

Seymur Talıbov muxtar respublikaya müalicə məqsədilə gələn qonaqların cəlb olunduqları müalicədən sonra səhhətlərində baş verən irəliləyişlərlə də maraqlanıb. Qonaqlara muxtar respublikaya gəldikləri gündən bəri aparılan video-çəkilişlər təqdim olunub. 

Görüş zamanı valideynlər Nargis Jordaniya və Veriko Takidze onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, hər iki muxtar respublika arasındakı dostluq münasibətlərindən danışıblar.

Sonra acarıstanlı uşaqlara və onların valideynlərinə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, qonaqlar sabah Acarıstan Muxtar Respublikasına yola salınacaqlar.

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: