Rəna Hüseynovanın 70 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  bu gün “Təbriz” otelinin tədbirlər zalında Muxtar Respublikanın ictimai-mədəni həyatında səmərəli fəaliyyəti ilə seçilən qadınlarımızdan biri olan Rəna Hüseynovanın 70 illik yubileyi  qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Rəna Hüseynovanı 70 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada qadınlarımızın əməyi yüksək qiymətləndirilir, səmərəli fəaliyyəti ilə ölkəmizə xidmət etmiş qadınların yubileyləri qeyd olunur. Rəna Hüseynova da bu cür qadınlarımızdandır. Yubilyar 1948-ci il sentyabrın 25-də Şahbuz rayonunda anadan olub. 1967-ci ildə Bakıda Xarici Dillər İnstitutunun Rus dili və ədəbiyyatı ixtisasını bitirib. Əmək fəaliyyətinə 1972-ci ildə Ordubad İnternat Məktəbində rus dili müəllimi kimi başlayıb və sonradan   maarif şöbəsində rus dili üzrə metodist işləyib.

Rəna Hüseynova Maarif, ali məktəb, elm işçiləri Həmkarlar İttifaqı Naxçıvan şəhər Komitəsinin sədri vəzifəsinə seçilib, 705 saylı hərbi hissənin uşaq bağçasında müdir, Naxçıvan  Qarnizonu Zabitlər Evində Mədəni-bədii iş üzrə bölmənin müdiri vəzifəsində çalışıb. Müəllimlik peşəsinə, uşaqların təhsil və tərbiyyəsinə ömrünü həsr edən Rəna xanım işlədiyi hər bir kollektivin dərin hörmətini qazanaraq  ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlib.  O, çalışdığı hər bir sahədə öz işi ilə həmişə fərqlənib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən hazırlanmış fəxri fərman yubilyara təqdim edib.

Yubilyarı təbrik edən həmkarları onunla bağlı xatirələrini bölüşüblər.

Rəna Hüseynova və qızı Ayşən İmanlı göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlıqlarını bildiriblər.

Sonda yubilyara gül buketi və qiymətli hədiyyə təqdim olunub.

                                                                                           Vüsal Muradov  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: