Gənc çağırışçılar hərbi xidmətə yola salınıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayon idarələrində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması  mərasimi keçirilib.

Tədbirlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə çıxış edənlər bildiriblər ki, Vətənə xidmət etmək həm məsuliyyətli, həm də müqəddəs və şərəfli vəzifədir. Bu gün gənclərimizin böyük bir qismi bu şərəfə sahib olmaq, bu müqəddəs vəzifənin məsuliyyətini daşımaq üçün artıq  şanlı tarix yazan Müzəffər Azərbaycan Ordusunda xidmət etməyə yollanırlar.

Qeyd olunub ki, silahlı qüvvələrimizin istər döyüş hazırlığı, istər silah, sursat və texniki təminatı, istərsə də zabit və əsgərlərimizin yüksək peşəkarlığı istiqamətində ardıcıl tədbirlər görülür, bütün hərbi hissələrdə infrastruktur yenilənir, maddi-texniki baza təkmilləşdirilir. Elə bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində 30 ildən sonra əzəli torpaqlarımız Ali Baş komandan İlham Əliyevin komandanlığı, xalqımızın birliyi və ordumuzun gücü sayəsində, şəhidlərimizin qanı bahasına işğaldan azad olundu, düşmənə layiqli cavab verildi. Qeyd olunub ki, artıq dünəndən Qarabağa böyük qayıdış başlayıb.  

Çıxış edənlər vətəni müdafiə etmək kimi şərəfli işdə gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm can sağlığı arzulayıblar.

Çağırışçılar adından çıxış edənlər vətən torpaqlarının keşiyində mətin dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarına vaxtında və dəqiq əməl edəcəklərinə söz veriblər.

Qeyd edək ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: