Nehrəm, Çeşməbasar və Güznütdə qapalı suvarma şəbəkələri qurulur - VİDEO
Muxtar respublikamızda son illərdə Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 1170 hektar, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar, Kəngərli rayonunun Böyükdüz, Xok və Yurdçu kəndlərinin ərazisində 2690 hektar, Şahbuz rayonunun Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində 678 hektar, Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində isə 340 hektar olmaqla ümumilikdə 5868 hektar sahədə qapalı suvarma şəbəkələrinin qurulması başa çatdırılıb. Yaradılan qapalı suvarma şəbəkələrinin hesabına əkin sahələri genişləndirilib, suvarmanın səmərəliliyi bu ərazilərdəki məhsuldarlığın həcminə və keyfiyyətinə müsbət təsir göstərib. Hazırda isə Babək rayonunun Nehrəm qəsəbəsi, Çeşməbasar və Güznüt kəndlərində ümumilikdə 490 hektardan artıq əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə və suvarma işində itkinin minimuma endirilməsi məqsədilə qapalı suvarma şəbəkələrinin qurulması davam etdirilir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov