Muxtar respublikada arı ailələrinin sayı 100 minə yaxındır

A- A A+

Culfa rayonu ərazisində yerləşən Dəmirli yaylağında iri arıçılıq təsərrüfatlarının sahibkarları ilə müşavirə keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müşavirədə çıxış edənlər bildiriblər ki, muxtar respublikada arıçılığın inkişaf etdirilməsi, eləcə də arı ailələrinin artırılması üçün məqsədyönlü tədbirlər görülür. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı"nın icrası nəticəsində arıçılıq kənd təsərrüfatının sürətlə inkişaf edən  gəlirli və perspektivli sahələrindən birinə çevrilib. Belə ki, Babək və Culfa rayonlarında balın emalı və qablaşdırılması ilə məşğul olan 3 və Şahbuz rayonunda mum vərəqi istehsal edən 1 yeni istehsal sahələri istifadəyə verilməklə, mum vərəqi hazırlayan və balı qablaşdıran müəssisələrin sayı ümumilikdə 5-ə çatdırılıb. Arıçılara subsidiyaların verilməsi də davam etdirilir. Muxtar respublikada aparılan aqrar islahatlardan əvvəl ictimai və fərdi təsərrüfatlarda cəmi 6045 arı ailəsi olub. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda arı ailələrinin sayı 100 minə yaxındır. Muxtar respublikada arıçılıqla 4947 sahibkar məşğul olur ki, onlardan da 801 sahibkarın 20 ailədən 250-yə qədər arı ailəsi var.

Müşavirədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında arıçılıqla bağlı verilən tapşırıqlar da iştirakçıların diqqətinə çatdırılıb.  

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: